"Qarabağ"ın rəqibi alman futbolçu istəyir

09:49 - 16 Oktyabr 2025

"Liverpul" "Borussiya"nın futbolçusu Niko Şlotterbeki transfer etməyi planlaşdırır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, İngiltərə klubunda 25 yaşlı müdafiəçiyə Vircil Van Daykın əvəzləyicisi kimi baxırlar.

Hələ ki Dortmund klubunun rəhbərliyi alman futbolçunun keçidinə razılıq verməyib.

Onun Almaniya təmsilçisi ilə müqavilə müddəti 2030-cu il iyunun 30-a qədərdir. 

Əlavə edək ki, "Liverpul" Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən biridir.

Xəbər xətti