"Qarabağ"ın rəqibinin hücumçusu məşqlərə başladı

16:30 - 24 Oktyabr 2025

"Çelsi"nin hücumçusu Liam Delap zədəsini sağaldıb.

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.

İngiltərəli forvard artıq komanda ilə məşqlərə başlayıb. 22 yaşlı futbolçu oktyabrın 29-da "Vulverhempton"a qarşı Liqa Kubokunun görüşündə oynamaq şansı var.

"Çelsi" Liam Delapı mövsümün əvvəlində "Luton"dan transfer edib. İngiltərə millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Çelsi" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun noyabrın 5-də Bakıda keçiriləcək.

Xəbər xətti