Qvardiola: "Bu matç geriyə addım deyil, vacib dərsdir”

09:56 - 27 Oktyabr 2025

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola dünən İngiltərə Premyer Liqasında səfər matçında "Aston Villa"ya 0:1 hesablı məğlubiyyətə baxmayaraq, komandasının oyununu müsbət qiymətləndirib.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, ispan mütəxəssis məğlubiyyətdən dərs çıxarmalı olduqlarını bildirib: 

"Oyuna nəzarət etdik, dominantlığımızı ortaya qoyduq. Amma qol şanslarımızı dəyərləndirməkdə çətinlik çəkdik. Hücumlarımızda isə sonluq çatışmadı. Bütün bunlara baxmayaraq, komanda düzgün yoldadır. Bu nəticələrdən dərs çıxarmalıyıq. Bu matç geriyə addım deyil, əksinə bizi daha da gücləndirəcək vacib dərsdir".

Qeyd edək ki, Premyer Liqada 9 turdan sonra 22 xalla "Arsenal" turnir cədvəlinə başçılıq edir. "Mançester Siti" 16 xalla 5-ci pillədədir.

Xəbər xətti