"Mançester Yunayted" mövsümün sonunda müqaviləsi başa çatan Kazemironu komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" braziliyalı yarımmüdafiəçi ilə danışıqlara başlamağı planlaşdırır. Bu barədə "Football Insider" məlumat yayıb.
Klub 33 yaşlı futbolçunun həftəlik 375 min funt-sterlinq olan maaşının azaldılmasını istəyir. Təcrübəli oyunçu buna razılıq versə, onunla yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, "Mançester Yunayted" Kazemironu 2022-ci ilin yayında "Real"dan 70 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
