PSJ və "Sevilya"da oynamış futbolçu karyerasını başa vurdu

11:47 - 28 Oktyabr 2025

Polşa millisinin keçmiş futbolçusu Qjeqoj Krıxovyak aktiv futbolçu karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, bu haqda sosial şəbəkə hesablarında yazıb.

"Mən təcrübəli futbolçuyam, peşman deyiləm və indiyə qədər baş verənlərlə bağlı heç nəyi dəyişməzdim. Karyeramı olduğu kimi qəbul edirəm: sevinc və uğurla dolu anlar, eyni zamanda mənə çox şey öyrədən çətin anlar".

Krıxovyak karyerası ərzində “Bordo”, “Nant”, “Reyms”, “Sevilya” PSJ, “Vest Bromviç”, “Lokomotiv”(Moskva), “Krasnodar”, AEK, “Əl-Şabab”, “Anortosis” klublarında oynayıb. 
 

Xəbər xətti