"Cahangir Fərəcullayev sözünün üstündə dayanan insandır.
Mən şübhə etmirəm ki, o, bundan sonra da yerli mütəxəssisləri dəstəkləyəcək.
Sportal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında «Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.
O, AFFA-nın baş katibinin milli kadr siyasətini təqdir edib. II Liqada mübarizə aparan klubun rəhbəri bildirib ki, federasiyanın icraçı şəxsinin yanaşması ümidvericidir:
"Cahangir müəllim futbol ailəsinə yeni qoşulsa da, qısa müddətdə özü üçün müəyyən nəticələr çıxarıb. Görüb ki, indi əcnəbi məşqçiləri bura gətirməklə heç nə düzələn deyil.
Onlar gəlirlər, yalandan vədlər verirlər, sonra da heç nə edə bilmədən çıxıb gedirlər. Əvəzində ölkədən külli miqdarda pul aparırlar.
Karlos Alberto Torresdən üzü bəri kim Azərbaycan millisində işləyibsə, yaxşı nəticə qazanmayıb. Fernandu Santuşun İslandiya ilə oyundan sonra istefaya göndərilməsində, düşünürəm ki, Cahangir Fərəcullayevin mövqeyi nəzərə alınıb.
O, 0:5 hesablı məğlubiyyətə bir azərbaycanlı kimi laqeyd qala bilməzdi və qala bilmədi. Əsl vətənpərvər necə münasibət göstərə bilərdisə, baş katib də onu etdi.
Mən həmin çıxışa diqqətlə qulaq asdım. Fərəcullayev ürəkdən danışırdı, içindən gələnləri deyirdi.
Onun yana-yana söylədikləri təsiredici idi. Göründü ki, o, əcnəbi məşqçilərin uğursuzluğuqlarını "malalayan" deyil. düz də edir.
Xaricilərə o qədər pul tökməkdənsə, həmin vəsaiti infrastruktur layihələrinə yönəltmək lazımdır. Santuşun aldığı pulla neçə-neçə rayonda stadion və akademiya tikmək olardı.
AFFA-nın bundan sonra qeyd etdiyim istiqamətdə işlər görəcəyinə ümid edirəm. Bu gün ölkədə stadion və məşq meydançası çatışmazlığı mövcuddur.
Altı-yeddi komanda bir meydançadan istifadə eləyir. Azərbaycan kimi güclü ölkə üçün bu, yaxşı hal deyil.
AFFA bu layihələrə diqqəti artırmaqla, klublara böyük kömək etmiş olar. Onda hər klub bilər ki, onun öz bazası, məşq yeri var.
Məşq və oyun keçirmək üçün yer tapılmır. Olanlar da çox bahadır.
Gərək hər məşq və oyuna görə hər dəfə 700-1200 manat pul verəsən. Aşağı liqa klublarının vəziyyəti lap pisdir.
Bu qədər pulu haradan tapaq? Yaxşı ki, Cahangir Fərəcullayev artıq mövcud problemlərdən xəbərdardır".
saytlarin hazirlanmasi
