Eden Azar Premyer Liqasının Şöhrət Zalına daxil edildi

19:57 - 29 Oktyabr 2025

“Çelsi”nin keçmiş futbolçusu Eden Azar İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilib.

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi mətbuat xidməti məlumat yayıb.

Belçikalı vinger 2012–2019-cu illər ərzində “Çelsi”nin heyətində çıxış edib, Ulduz futbolçu Premyer Liqada meydana çıxdığı  245 oyunda 85 qol vurub, 57 qol ötürməsi verib. Azar London klubunun heyətində iki dəfə İngiltərə çempionu olub.

34 yaşlı veteran oyunçu Şöhrət Zalına daxil edilən 26-cı şəxs olub. Bu ada yalnız futbolçu və ya məşqçi karyerasını başa vuran şəxslər layiq görülür. Bu ilin əvvəlində Şöhrət Zalına Qari Nevill daxil edilib.

Azar 2019-cu ildə “Çelsi”dən “Real”a 120 milyon avroya transfer olunub. Belçika millisinin sabiq üzvü orada öz potensialını tam şəkildə göstərə bilməyib və karyerasını erkən başa vurub.


Xəbər xətti