"Qarabağ"ın "çat" verən müdafiəsi - "İmişli" imkanlardan yararlansaydı...

19:08 - 31 Oktyabr 2025

Mövsümün sürpriz komandası sayılan "İmişli"nin "Qarabağ" səfərində necə təsir bağışlayacağı maraqla gözlənilirdi. Adətən dərin müdafiədə oturan Jorj Kaşkilyanın komandası rəqiblərə boş zona verməməklə çətinlik yaradırlar.

"Qarabağ"a qarşı matç da elə bu qəbildən oldu. Lakin "İmişli" yalnız müdafiədə oturmaqla deyil, təhlükəli əks-hücumlarla da yadda qaldı. "Qarabağ"ın müdafiəsi ilk hissədə acınacaqlı göründü. "İmişli"nin futbolçuları dəqiq oynasaydılar, bəlkə bu matçdan xalla ayrılmaları da mümkün olardı. 

"Qarabağ"ın mərkəz müdafiəçiləri iki dəfə elə ciddi səhvə yol verdilər ki, hər iki epizodda qapıçıyla təkbətək çıxan qonaqların hücumçusu Dioqo Almeyda bir dəfə penalti qazandı, ikinci dəfə Koxalski qaytardı onun zərbəsini. Yeri gəlmişkən, polşalı qapıçı Juninyonun penalti zərbəsini də dəf etdi.

İkinci hissədə "Qarabağ" özünə çəki-düzən verdi, qazanmalı olduğu qələbəni əldə etdi. Lakin ümumən yaxşı təsir bağışlamadılar. Həm komanda oyununda, həm də ayrı-ayrı futbolçuların performansında düşüş müşahidə olundu.

Həmid

Xəbər xətti