Ukrayna klubunun üzvünün "Sumqayıt"a keçidi baş tutmadı

14:17 - 9 Noyabr 2025

Azərbaycan milli komandasına cəlb edilmiş Emil Mustafayevin “Sumqayıt”a keçidi reallaşmayıb.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi “Polissye”də qalası olub.

Buna səbəb isə futbolçunun Ukraynanı tərk edə bilməməsidir. Belədə, o, Jitomir klubundan ayrılmayıb.

Qış “transfer pəncərəsi” zamanı Mustafayevin “Sumqayıt”a keçib-keçməyəcəyi isə həmin vaxtı bir daha gözdən keçiriləcək.

24 yaşlı futbolçunun Ukrayna klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Emil “Aleksandriya” klubunun yetirməsidir və 2023-cü ildə “Polissya”ya keçib.
 

Xəbər xətti