"Warner Bros" film və teleserial istehsalı şirkəti “Fənərbaxça”nın yarımmüdafiəçisi Kerem Aktürkoğlunu məhkəməyə verib.
Sportal.az "Habertürk"ə istinadən xəbər verir ki, Hollivud şirkəti futbolçuya sehrbaz Harri Potter haqqında filmlər seriyasından vizual və audio elementlərdən icazəsiz istifadə etdiyinə görə iddia qaldırıb. İddia İstanbul Mülki Məhkəməsinə təqdim olunub və ona Aktürkoğlunun sosial şəbəkə paylaşımlarından nümunələr əlavə edilib.
Futbolçu qollarını qeyd edərkən özünü Harri Potter filmlərindəki kimi sehr çubuğu ilə sehrbaz kimi təsvir edir. İddiada göstərilir ki, Aktürkoğlu paylaşımlarında bu əmtəə nişanlarına birbaşa istinadlar edib. Məsələn, “Fənərbaxça” futbolçusu paylaşımlarında filmlərdəki Bukli adlı bayquşun musiqi temasından istifadə edib.
Şirkət qeyd edib ki, Aktürkoğlu bu obrazlardan icazəsiz istifadə etməklə müəlliflik hüquqlarını pozub. Şirkət məhkəmədən futbolçunun İnstagram və X-dəki paylaşımlarının ekspertizadan keçirilməsini tələb edib.
saytlarin hazirlanmasi
