"Kəpəz" "Karvan-Yevlax"ı, "Qarabağ" "Sumqayıt"ı məğlub etdi YENİLƏNİB

20:54 - 21 Noyabr 2025

Bu gün Misli Premyer Liqasında 12-ci tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub. 

"Karvan-Yevlax" Yevlaxda "Kəpəz"i qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" isə "Sumqayıt"ı sınağa çəkib. Burada da qonaqlar sevinib. 

Misli Premyer Liqası.
XII tur

21 noyabr

14:00 "Karvan-Yevlax" - "Kəpəz" 1:2
Qollar: Araz Abdullayev 32- Luis Paçu 14, Rauf Hüseynli, 76 (pen)
Baş hakim: Rauf Cabarov
Yevlax şəhər stadionu

19:00 "Sumqayıt" - "Qarabağ" 2:4 
Qollar:
Höccət Haqverdi, 30, Nsana Simon, 83 - Leandro Andrade, 6, Toral Bayramov, 42, Abdullah Zubir, 63, Aleksey Kaşuk, 90+3
Baş hakim: Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Xəbər xətti