"Zirə" "Qəbələ"ni məğlub etdi, "Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı - YENİLƏNİB

19:34 - 22 Noyabr 2025

Misli Premyer Liqasında 12-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı "Araz-Naxçıvan"la "Turan Tovuz" arasında keçirilib və görüş heç-heçə başa çatıb. 

İkinci görüşdə isə isə "Zirə" "Qəbələ"ni qəbul edib. "Zirə" bu matçda rəqibini məğlubiyyətə uğradıb. 

Misli Premyer Liqası

12-ci tur

22 noyabr

“Araz-Naxçıvan” – “Turan Tovuz” 1:1

Qollar: Ba-Muaka Simakala, 21 - Ayxan Hüseynov, 78
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, İslam Məmmədov
VAR: Rəşad Əhmədov
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev 
AFFA nümayəndəsi: Eldar Məmmədov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00

“Zirə” – “Qəbələ” 1:0 
Qol:
Ruan Renato, 45+3 (pen)
İstifadə olunmamış penalti: Sanqare 29(qapıçı)
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov 
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu, 17:30

Xəbər xətti