Transfer çalışmalarını davam etdirən “Qalatasaray” heyətinə daha bir legioneri cəlb etməyi planlaşdırır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Frank Kessyeni transfer etmək istəyir.
Artıq Fil dişi Sahilindən olan futbolçunun meneceri ilə danışıqlar aparılır.
Onu razı salmaq mümkün olarsa, yayda 28 yaşlı futbolçu “Qalatasaray”la 2+1 illik müqavilə imzalayacaq.
“Stella Klub”(Fil dişi Sahili)“Atalanta”, “Çezena”, “Milan”(hamısı İtaliya), “Barselona”(İspaniya) klublarında oynamış afrikalı 2023-cü ildə “Əl-Əhli” ilə 3 illik müqavilə imzalamışdı.
