"Zorakılığa qırmızı vərəqə" - Seria A-nın 5 klubundan örnək addım

00:53 - 24 Noyabr 2025

Seriya A-nın 5 klubu – "Leççe", “Kremonese”, “Latsio”, “Parma” və “Udineze” qadınlara qarşı zorakılığın ləğvi üzrə Beynəlxalq Mübarizə Günü münasibətilə həyata keçirilən “Zorakılığa qırmızı vərəqə” kampaniyasında iştirak edib.

Sportal.az xəbər verir ki, bu komandaların futbolçuları İtaliya çempionatının 12-ci tur oyunlarına üzlərində qırmızı işarə və formalarının arxasında soyadları əvəzinə analarının, qızlarının, həyat yoldaşlarının və ya sevgililərinin adları ilə çıxıblar.

Məsələn, “Latsio”nun kapitanı Mattia Dzakkanyi “Lecce” ilə oyunda (2:0) formasında nişanlısı – influencer Kiara Nastinin adını gəzdirib. “Kremonese”nin hücumçusu Ceymi Vardi isə həyat yoldaşı Rebekkanın şərəfinə formasında “Bekki” adını yazdırıb.

Xəbər xətti