İranın "İstiqlal" klubunun müdafiəçisi Armin Zöhrabyan internetdə yayılan videoya görə müvəqqəti olaraq komandadan kənarlaşdırılıb.
Sportal.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
Kadrlarda erməni əsilli futbolçunun əlində spirtli içki olan stəkan tutması ölkə rəhbərliyinin sərt reaksiyasına səbəb olub, çünki İranda alkoqol istifadəsi qəti şəkildə qadağandır. Məsələ "İstiqlal"ın intizam komitəsinə göndərilib. Araşdırma başa çatana qədər Zöhrabyan komandanın məşqlərindən uzaqlaşdırılıb.
30 yaşlı futbolçu sosial şəbəkələrdə üzr istəyib. O bildirib ki, sözügedən video bir neçə il əvvəl çəkilib və indi onun düşməni tərəfindən yayılıb.
Armin Zöhrabyan bu ilin yanvarında "İstiqlal" a qoşulub.(Publika.az)
saytlarin hazirlanmasi
