Futbol üzrə Azərbaycan I Liqasında IX tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə "Mingəçevir" öz meydanında "Baku Sportinq"ə 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Mingəçevir" 16 xalla 3-cü, eyni xala sahib "Baku Sportinq" isə 5-ci pillədə qərarlaşıb.
I Liqa, IX tur
26 noyabr
"Mingəçevir" - "Baku Sportinq" 1:2
Qollar: X.Muradov, 4 - İ.Allahverdiyev, 78, X.Məmmədli, 84
Qırmızı vərəqə: R.Cəfərli, 75
