Haalanddan 111 oyuna 100 qol - Alan Şireri geridə qoydu

00:25 - 3 Dekabr 2025

"Mançester Siti"nin hücumçusu Erling Haaland Premyer Liqada 100 qol həddinə çatıb.

Sportal.az xəbər verir ki, norveçli forvard İngiltərə çempionatındakı 100-cü qolunu hazırda da davam edən "Fulhem"lə oyunun 17-ci dəqiqəsində hesabı açaraq vurub (1:0, ilk hissə).

Haaland Premyer Liqada 111-ci oyununu keçirir. O, 100 qola çatmaq üçün 124 matça ehtiyac duyan Alan Şirerə məxsus rekordu yeniləyib.

Bundan əvvəl hücumçu APL tarixində ən sürətli şəkildə 20 qol (14 matç), 30 qol (27 matç), 40 qol (39 matç) və 50 qol (48 matç) hədlərini keçmişdi.

Xəbər xətti