Malavi millisinin sabiq üzvü, daha çox Rusiyada "Lokomotiv" və "Rostov" klublarındakı çıxışları ilə yadda qalmış Iso Kanyendanın sağ olduğu təsdiqlənib.
Sportal.az xəbər verir ki, "Luntha Television" əvvəllər futbolçunun ağır xəstəlikdən sonra ölümü barədə məlumat yaymışdı.
Amma bu xəbərin doğru olmadığı dəqiqləşib. Buna görə də, telekanal yalan məlumat yaydığına görə futbolçunun ailəsindən və izləyicilərindən üzr istəyib.
Həmçinin, idmançının ölümü ilə bağlı paylaşım da silinib.
Sabiq forvard KAMAZ, “Rotor”, "Jomo Kosmos", "Moroka Svellouz"(hər ikisi CAR) kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi
