"Yuventus"un müdafiəçisi 5 klubun hədəfində

11:12 - 4 Dekabr 2025

"Yuventus"un müdafiəçisi Qleyson Bremer karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Tottenhem" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "CaughtOffside" məlumat yayıb.

London klubu Bremeri yanvar ayında heyətinə qatmağı planlaşdırır. "Ağ-qaralar" 28 yaşlı mərkəz müdafiəçisi üçün 60 milyon avro tələb edir.

"Çelsi", "Mançester Yunayted", "Bavariya" və PSJ də təcrübəli oyunçu ilə maraqlanır.

Qeyd edək ki, Qleyson Bremer bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol ötürməsi edib. Braziliya millisinin üzvünün Turin təmsilçisi ilə müqaviləsi 2029-cu ilin 30 oyun tarixinə kimi nəzərdə tutulub.

Xəbər xətti