"Araz-Naxçıvan" Misli Premyer Liqasının 14-cü turunda "Liv Bona Dea Arena"da "Kəpəz"i məğlub edib.
Sportal.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Ağır oyun alındı. Bilirdik ki, kubok matçından sonra komanda şəklində daha artığını etmək məcburiyyətindəyik. Komandamı təbrik edirəm, yaxşı oyun göstərdilər. Düşünürəm ki, bu gün bəzi adamların cavabını meydançada artıqlaması ilə verdilər.
- İlk yarım saatda komandaya nə olmuşdu? Sanki sonradan ayıldılar ki, oynamaq lazımdır...
- Futbol elə oyundur ki, matç ərzində hər bir komandanın üstünlük qazanmaq şansları olur. Biz də kubok matçından sonra o stressi yaşamışdıq. Komanda şəklində də çalışdıq ki, həftə ərzində bir-birimizə daha yaxın və dəstək olaq. Həmin stressi geridə qoyduqdan sonra komanda meydançada kreativliyini artırdı.
- Bu qələbə stressdən tam çıxmağa kömək edəcək?
- Mən stress altında deyiləm. Düşünürəm ki, komandam da mənim kimi rahatdır, öz işini görür. Əlbəttə ki, uğursuzluqlar olur. O da sırf bizlə bağlıdır. Komanda şəklində potensial olaraq, daha da artığını meydançada etməyə çalışsaq, nəticələrə də daha yaxın olacağıq.
- Felipe Santosun durumu nə yerdədir? Meydançaya çıxacaq?
- Zədəsi o qədər də ciddi deyil. Məşqlərə başlayıb. Ümid edirik ki, Felipe bu il də komandanın yanında olacaq.
- Mətbuatda haqqınızda yazılanlar sizə təsir edir? Yazılanlara baxırsız?
- Desəm ki, baxmıram...Mahal müəllim məni məlumatlandırır. Bunu sırf indi yaşayıram deyə, işimi onun üzərində qurmamışam. Premyer Liqada 7-ci ilimdir. Hələ rahat ilim olmayıb. Media tərəfdən təzyiqi həmişə yaşamışam. Yenə də, düşünürəm ki, mənimlə heç kimin prinsipi yoxdur. Sadəcə məni bərkitmək istəyirlər.
Mirbağırağa
saytlarin hazirlanmasi
