"Referinin çox uzun müddət bu barədə düşünməsi..." - "Sumqayıt"ın məşqçisi

23:22 - 9 Dekabr 2025

Bu gün Misli Premyer Liqasında 14-cü turun oyunlarına yekun vurulub. Sonuncu oyun günündə "İmişli" "Sumqayıt"la üz-üzə gəlib. Qarşılaşma "kimyaçılar"ın minimal hesablı qələbəsi ilə başa çatıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın məşqçisi Şahin Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

"Gözlənildiyi kimi ağır oyun alındı. Rəqib güclü idi. Çox qol epizodu yaratmasaq da, sonlara yaxın qolu vurduq və qələbə qazana bildik. Bəlkə də, biraz bəxtimiz gətirdi penalti epizodunu yerinə yetirə bilmədilər".

- Penalti epizodu barədə düşüncələriniz. Sizcə doğru qərar idi?

 - Penalti epizodundan sonra biz öz aramızda söhbətləşdik. Bizə görə 50-nin 50-yə epizod idi. Penala daha yaxın hesab etmək olardı. Amma referinin çox uzun müddət bu barədə düşünməsi, bizi də fikrimizi dəyişməyə yönləndirirdi. Çox da bu epizod haqda danışmağa dəyməz. 

- "İmişli" ilə ilk oyununuzdakı məğlubiyyət sizi bu oyunda daha da motivasiyalı hazırlaşmağa vadar edirdimi?

- Sırf "İmişli"yə məğlubiyyətə görə xüsusi bir hazırlıq görməmişdik. Ümumiyyətlə, komandamızın belə bir planı yoxdur. Qarşıdakı oyunumuz hansıdırsa, ona uyğun da hazırlıq görürük. Əks-hücumlara yaxşı çıxan bir komanda ilə oynadıq. Məşqlərdə də buna hazırlaşmışdıq. Düşünürəm ki, bunun da bəhrəsini gördük. 

Orxan Həsənquluyev

Xəbər xətti