“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze “Roma”ya keçmək istəmir. Bundan əvvəl məlum olmuşdu ki, Roma klubu oyunçunu satınalma opsiyonu ilə icarəyə götürmək üçün mankuniansılarla danışıqlar aparır və bu opsiyon məcburi də ola bilər.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, niderlandlı futbolçunun özü İngiltərə klubunda qalmaq və əsas heyətdə yer uğrunda mübarizə aparmaq istəyir. “Yunaytед” qış transfer pəncərəsində onu satmağa aktiv şəkildə cəhd göstərməyəcək.
Qeyd edək ki, cari mövsümdə Zirkze bütün turnirlərdə “qırmızı şeytanlar” üçün 9 oyun keçirib və 1 qol vurub.
saytlarin hazirlanmasi
