"Qarabağ"ın futbol akademiyasının sabiq direktoru, "Ayaks"ın keçmiş futbolçusu Con Van Loen Sportal.az saytına açıqlama verib.
O, Ağdam klubunun Çempionlar Liqasının 6-cı turunun "Ayaks"a(2:4) məğlubiyyətini şərh edib:
"Qarabağ" bu mövsüm Çempionlar Liqasında uğurlu çıxış edir. Hər halda, 7 xal toplamağı bacarmışdılar. “Ayaks”la görüşdə də uğurlu nəticə üçün oynayırdılar. Məncə, “Qarabağ” “Ayaks”a qarşı pis oynamadı, yaxşı performans sərgilədi. Hesab 2:1 olarkən dəyişən nə oldu? Məncə, "Qarabağ" "Ayaks"a oynamaq üçün imkan verdi. "Ayaks" da öz imkanlarından istifadə etməyə çalışdı. Qol epizodlarından da istifadə etdilər və qələbə qazandılar. Belədə, sonda “Ayaks” Bakıda qalibiyyəti əldə etdi. “Qarabağ”ın bundan sonrakı şanslarına gəldikdə, qarşıda "Ayntraxt" və "Liverpul"la matçları var. Nə bilim. Çox çətin olacaq. Necə olacağını birlikdə görəcəyik. Nəsə demək çətindir həqiqətən".
Mirbağırağa
saytlarin hazirlanmasi
