"Qarabağ"ın rəqibi növbəti qələbəsini qazandı

11:18 - 14 Dekabr 2025

"Qarabağ"ın Çempionlar Liqasının 7-ci turunda rəqibi olan “Ayntraxt” Almaniya Bundesliqasında növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisi 14-ci turda “Auqsburq”la qarşılaşıb.

Görüş “Qarabağ”ın rəqibinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Ayntraxt” 24 xalla turnir cədvəlində 6-cı pillədədir.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” görüşü yanvarın 21-də keçiriləcək və oyuna Bakı vaxtı ilə 21:45-də start veriləcək.

Xəbər xətti