Superkubok ənənəvi formatına qayıdır

17:50 - 23 Dekabr 2025

İtaliya Futbol Superkuboku yaxın vaxtlarda ənənəvi formatına qayıdacaq.

Sportal.az xəbər verir ki, bu barədə A Seriyasının prezidenti Etsio Simonelli "Italia1" telekanalında yayımlanan veriliş zamanı məlumat verib.

İtaliya çempionatının rəhbərinin sözlərinə görə, növbəti mövsümdən etibarən qalib yenidən A Seriyasının çempionu ilə İtaliya Kubokunun qalibi arasında keçiriləcək bir oyunla müəyyənləşdiriləcək. 2023-cü ildən tətbiq olunan dörd komandalı formatdan imtina edilir. Həmin dövrdən Superkubok mini-turnir formatında keçirilir və Səudiyyə Ərəbistanında təşkil olunurdu.

Hazırkı Superkubokun sahibi final oyununda “Bolonya”nı məğlub edərək titulu qazanan “Napoli”dir.

Xəbər xətti