"Mançester Yunayted"in hücumçusu Coşua Zirkzee İtaliya A Seriyasına qayıdacaq.
Sportal.az xəbər verir ki, "Roma" niderlandlı futbolçunu icarəyə götürəcək. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Artıq klublar arasında anlaşma əldə olunub. Zirkze yanvar ayında paytaxt təmsilçisinə qoşulacaq. "Roma" Çempionlar Liqasına vəsiqə qazansa, 24 yaşlı forvard üçün 40 milyon avroluq satınalma bəndi işə düşəcək.
Qeyd edək ki, "Mançester Yunayted" Coşua Zirkzeeni 2024-cü ilin yayında "Bolonya"dan 42 milyon avroya transfer edib. Niderland millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
