Maestro İstanbul nəhənglərini üz-üzə gətirdi

16:58 - 24 Dekabr 2025

"Alanyaspor"un yarımmüdafiəçisi Maestro İstanbul nəhənglərinin transfer siyahısına düşüb.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" və "Qalatasaray" anqolalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

"Fənərbaxça"nın Maestronu heyətinə qatmaq şansının daha yüksək olduğu bildirilir. "Sarı-mavilər" 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün onun klubu ilə 5 milyon avro qarşılığında anlaşıb.

Qeyd edək ki, "Alanyaspor" Maestronu mövsümün əvvəlində "Adana Demirspor"dan 1 milyon avroya transfer edib. Anqola millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti