"Azərbaycan millisinin son toplanışına dəvət ediləcəyimi gözləyirdim"

14:47 - 30 Dekabr 2025

"İmişli"nin kapitanı Azər Salahlı Sportal.az saytına açıqlama verib. O, 2025-ci ilin son matçı olan “Zirə”yə qarşı oyunu dəyərləndirib:

"Zirə" üçlükdə olmağa namizəd komandalardandır, bunu yaxşı bilirdik. Onlar baxımlı futbol oynayırlar. Çətin oyun alındı. Əks-hücumlarda şanslar tapmağa çalışırdıq. Bərabərə qaldıq, məncə, “Zirə” kimi komandaya qarşı pis nəticə sayılmamalıdır. Birinci dövrədə də bərabərə qalmışdıq. Kompakt oynayırıq. Əsas üstünlüyümüz elə komanda kimi oynamağı bacarmağımızdır".

Bölgə klubunun kapitanı “İmişli” üçün mövsümün ilk yarısı dəyərləndirib: “Bu müddətdə bir dəfə texniki məğlubiyyətimiz də var idi. Halbuki o oyunda da qazanmışdıq. Fikrimcə, yaxşı futbol nümayiş etdirdiyimiz oyunlar oldu, istifadə edə bilmədiyimiz penaltilər də var idi. Məncə, indikindən çox xal toplaya bilərdik. Hər halda, ilk mövsüm olduğunu nəzərə alsaq, pis nəticə deyil. İrəliyə baxırıq”.

Salahlı Azərbaycan millisindən təklif gözləyir: “Düzünü desəm, Azərbaycan millisinin son toplanışına dəvət ediləcəyimi gözləyirdim. Amma olmadı. Əsas hədəflərimdən biri elə milliyə geri qayıtmaqdır. Əlimdən gələni də edirəm”.

Mirbağırağa

Xəbər xətti