"Mən "Mançester Yunayted"ə məşqçi kimi yox, menecer kimi işləməyə gəlmişəm" - Ruben Amorim

22:43 - 4 Yanvar 2026

Daha öncə bildirdiyimiz kimi, İngiltərə Premyer Liqasının XX turu çərçivəsində səfərdə "Lids"in qonağı olan "Mançester Yunayted" 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında maraqlı fikirləri ilə gündəmə gələn "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amrorim bunları qeyd edib:

"Mən bura “Mançester Yunayted”in meneceri olmaq üçün gəlmişəm, məşqçi kimi yox. Bu, aydındır. Bilirəm, mənim adım Tuxel, Konte və ya Mourinyo deyil, amma mən “Mançester Yunayted”in meneceriyəm və bu, qarşıdakı 18 ay ərzində və ya rəhbərlik dəyişikliklərə qərar verənədək belə olacaq.

Mən cümə günü də məhz bunu demişdim və bu mövzuda nöqtə qoymaq istəyirəm. Mən getməyəcəyəm. Yerimə başqa biri gələnədək öz işimi yerinə yetirəcəyəm."

Xəbər xətti