"Lap əvvəldən Qvardiolanın oyun stilində oynamaq istəyirdim" - "Mançester Siti"nin hücumçusu

14:35 - 5 Yanvar 2026

"Mançester Siti"nin futbolçusu Rayan Çerki baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında oynamaqla bağlı təəssüratlarını bölüşüb.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan fransız vinger ispan mütəxəssislə işləməyin ona xoşbəxtlik verdiyini bildirib:

"Hər şey Qvardiolanın oyun tərzinə gətirdiyi intensivliklə bağlıdır. Onun idmana, hər gün isə işinə də bu qədər emosiya sərf etməsi məni heyrətləndirir. Xosep həmişə mənim futbola baxış tərzimi təcəssüm etdirib. Peşəkar karyeramın lap əvvəlindən Qvardiolanın oyun stilində oynamaq istəyirdim. "Mançester Siti"yə qoşulanda, əlbəttə ki, onun fikirlərini daha yaxşı başa düşdüm. Mənim üçün hər şey asanlaşdı və bu da yaxşı kombinasiya idi".
 

Xəbər xətti