"Mançester Siti" müdafiəçisini qaytaracaq

16:20 - 5 Yanvar 2026

"Mançester Siti" "Uotford"a icarəyə verdiyi Maks Alleyni qaytaracaq.

Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Şəhərlilər" Yoşko Qvardiol zədələndiyi üçün bu qərarı verib. 20 yaşlı mərkəz müdafiəçisi yaxın günlərdə "Mançester Siti"nin düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Maks Alleyn mövsümün əvvəlində "Uotford"a icarəyə verilib. İngiltərə U-21 millisinin üzvü Çempionşip təmsilçisinin heyətində 17 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti