"Fənərbaxça" Super Kubok matçına 5 itki ilə çıxacaq

16:51 - 5 Yanvar 2026

"Fənərbaxça" Türkiyə Super Kubokunun yarımfinal oyunu çərçivəsində "Samsunspor"la üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi matça ciddi itkilərlə çıxacaq.

5 futbolçu komandaya kömək edə bilməyəcək. Nelson Semedo, Edson Alvaress, Fred, Anderson Talişka və Arçi Braunun adı görüşün iştirak ərizəsinə daxil edilməyib. Adıçəkilən oyunçular zədəlidir.

Qeyd edək ki, "Fənərbaxça" - "Samsunspor" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Xəbər xətti