Bu gün Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) illik iş toplantısı keçirilib və toplantıda “Venger ofsaydı” məsələsi də müzakirə olunub.
Sportal.az xəbər verir ki, əvvəlcə "Arsenal"ın sabiq baş məşqçisi Arsene Venger, FIFA-nın qlobal futbol inkişafı şöbəsinin rəhbəri vəzifəsində çalışarkən, təklif etmişdi ki, əgər qol vurmaq üçün istifadə oluna biləcək hər hansı bir bədən hissəsi son müdafiəçinin xəttində və ya onun arxasındadirsə, digər hissələr bu xətləri keçsə belə, ofsayd qeydə alınmasın. Ofsayd vəziyyəti yalnız futbolçunun bütün bədəni ilə topdan və rəqibin son ikinci oyunçusundan daha irəlidə olduqda hesab olunsun.
Hazırda bu yeni qaydanın geniş tətbiqi imkanları istisna olunub və məsələ əlavə testlər üçün təxirə salınıb. "Venger ofsaydı"nın test olunmasına Kanada Premyer Liqasında razılıq verilib.
Yeni ofsayd qaydası ilə bağlı son qərar 28 fevralda Kardiffdə keçiriləcək IFAB ümumi iclasında veriləcək. Bundan sonra bu ideyadan imtina etmək və ya Kanadada testlərə başlamaq mümkündür.
saytlarin hazirlanmasi
