Tailandda legioner həyatını yaşamağa davam edən Məmməd Quliyev Sportal.az saytına açıqlama verib. Hazırda 3-cü liqa təmsilçisi olan “Air Force”nin formasını geyinən Quliyev komandasının hədəflərindən bəhs edib:
“Artıq “Air Force” klubunun formasını geyinirəm. Üçüncü liqada mübarizə aparırıq. İkinci dövrə hələ yeni başlayıb və komandamız yüksək yerlər uğrunda mübarizə aparır. Hədəfimiz yüksəkdir. İkinci dövrənin ilk turunda qalib gəlmişik. İndi 3-cü pillədəyik. Liderdən 5 xal, 2-ci pillədəki komandadan isə 3 xal geridə qalırıq. Pley-off mərhələsinə iki komanda çıxacaq. Bu mənada, düşünürəm ki, şansımız var, sona qədər mübarizə aparacağıq ki, bir üst liqaya çıxa bilək”.
Artıq uzun illərdir ki, Asiyada yaşayan Quliyev oradakı həyatından da danışıb: “Mən artıq 5 ildir ki, Tailandda yaşayıram, burada futbol oynayıram. Açığı hələ ki Tailandda qalmağı, bu ölkədə oynamağı düşünürəm. Başqa nəsə düşünmürəm. Gələcəkdə necə olacaq zaman göstərəcək. Lakin indiki durumda özümü burada görürəm. Qışda da Azərbaycan klublarından təklifim var idi. Danışıqlar getdi. Sadəcə mən istəmədim. Tailandda qalmağı özümə uyğun bildim. Ona görə də Azərbaycana geri qayıdışım baş tutmadı".
Mirbağırağa
