Mikel Arteta qarşıdakı həftəsonu "Mançester Yunayted"ə qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Arsenal"ın baş məşqçisi öz açıqlamasında maraqlı faktlara toxunub:
"Onlar bir çox cəhətdən çox güclüdürlər. Aydındır ki, sürətlənmək imkanı əldə edəndə, bəzi futbolçulara qaçış etmək şansı veriləndə, olduqca təhlükəlidirlər. Bunu bir neçə gün əvvəl “Mançester Siti” ilə oyunda da gördünüz.
Amma onların rəqiblərə problem yarada bilən başqa xüsusiyyətləri də çoxdur. Eyni zamanda hər komandanın öz zəif tərəfləri var. "Mançester Yunayted"in oyunu tarixən əks-hücumlarla bağlıdır və orada həmişə sürətli qaçışlar etməyi bacaran futbolçular çıxış edir. Dəqiq statistikanı bilmirəm, amma əminəm ki, onlar bu göstərici üzrə ən yaxşılardandır."
saytlarin hazirlanmasi
