Abdullazadənin addımını şərh etdi: "Legionerlər üçün "Varajdin"də oynamaq çətindir"

11:47 - 27 Yanvar 2026

Yayda "Varajdin"dən ayrılaraq "Qəbələ"yə keçmiş Xayme Sierro Sportal.az saytına açıqlama verib.

İspan futbolçu qış fasiləsində müqavilə ilə məxsus olduğu "Varajdin"dən ayrılaraq, "Zirə"yə keçən Rüfət Abdullazadənin addımını şərh edib.

O, sabiq komandasına adaptasiya olmağın çətin keçdiyini deyib: 

"Başqa ölkələrdən olan futbolçular üçün "Varajdin"də oynaması çətindir. Legionerlər bu proses çətin keçir. Bilirsiz, hər yer fərqlidir. Sadəcə orada insanı özlərini onlardan biri kimi hiss etdirmirlər, ən azından mənim vəziyyətim belə idi. Yəqin ki, Rüfətdə də vəziyyət belə olub. Onlar sanki çox içinə qapanıq insanlardır. Mən burada, "Qəbələ" özümü daha rahat hiss edirəm".

Mirbağırağa

Xəbər xətti