Bu, onları digər matçların nəticələrini əsəbi şəkildə izləməyə vadar edə bilər - ESPN "Qarabağ"ın ÇL-dəki şanslarını dəyərləndirib

13:46 - 27 Yanvar 2026

ABŞ-nın ESPN nəşri Çempionlar Liqasının 8-ci turu öncəsi “Qarabağ”, "Qalatasaray" və “Borussiya”(Dortmund) komandalarının pley-off mərhələsinə vəsiqə qazanmaq şanslarını qiymətləndirib.

Sportal.az xəbər verir ki, tanınmış nəşr Ağdam təmsilçisinin növbəti mərhələyə adlamaq şansları barədə bunları yazıb:

"Bu komandaların hamısı texniki cəhətdən 1/8 finala birbaşa vəsiqə qazanmaq şansına malikdir. Lakin onların əsas diqqəti (xüsusən də "Qalatasaray" və "Qarabağ") çox güman ki, turnir cədvəlində özlərindən aşağıda olan komandalara yönələcək. "Borussiya”nın pley-offa vəsiqə qazanması üçün qələbə və ya heç-heçə etməsi kifayətdir. "Qalatasaray" və "Qarabağ" isə müvafiq olaraq ən yüksək səviyyəli rəqibləri - "Mançester Siti" və "Liverpul"u məğlub etməlidirlər. Pley-off mərhələsindən yayınmaq üçün bir sıra əlverişsiz nəticələrin kombinasiyası lazımdır. Ağır məğlubiyyət....Bu, onları final fiti yaxınlaşdıqca digər matçların nəticələrini əsəbi şəkildə izləməyə vadar edə bilər".

Qeyd edək ki, “Liverpul”  - “Qarabağ” görüşü sabah keçiriləcək və matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.

Xəbər xətti