"Yuventus" türkiyəli futbolçu ilə anlaşdı

19:59 - 27 Yanvar 2026

"Yuventus" Kenan Yıldızla yeni müqavilə imzalamağa yaxındır.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli vingerlə razılığa gələ bilib. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Kenanla 2030-cu və ya 2031-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq. 20 yaşlı futbolçunun illk maaşı 6 milyon avro təşkil edəcək.

Qeyd edək ki, "Yuventus" Kenan Yıldızı 2022-ci ilin yayında "Bavariya"nın akademiyasından transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 9 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti