"Real" və "Mançester Yunayted"in transfer siyahısında yer alan Ruben Neveş gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klubunda qalacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Portuqaliya millisinin üzvü klubla 3 illik yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, "Əl-Hilal" Ruben Neveşi 2023-cü ilin yayında "Vulverhempton"dan 55 milyon avroya transfer edib. 28 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
