"Milan" qolkiperlə 5 illik müqavilə imzaladı

22:06 - 31 Yanvar 2026

“Milan” qapıçı Mayk Menyanla müqavilənin uzadıldığını açıqlayıb.

Sportal.az xəbər verir ki, fransalı futbolçunun İtaliya klubu ilə yeni müqaviləsi 2031-ci ilin iyun ayına qədər qüvvədə olacaq.

Menyan 2021-ci ildə “Milan”a qoşulub və həmin vaxtdan bəri komandanın heyətində 188 oyun keçirib.

Xəbər xətti