"Beşiktaş" ukraynalının keçidini həll etməyə çalışır

14:47 - 10 Fevral 2026

"Beşiktaş" Ukrayna millisinin və “Ayaks”ın futbolçusu Oleksandr Zinçenkonu heyətinə qatmaq istəyir.

Sportal.az Türkiyə mətbuata istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi özü də Türkiyəyə yollanmağa hazırdır.

İstabul təmsilçisi ukraynalını heyətinə cəlb etmək üçün danışıqlar aparır.

Zinçenkonun “Ayaks”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Ufa”, “Mançester Siti”, PSV, Arsenal”, “Nottingem Forest”də oynayıb.
 

Xəbər xətti