"Qarabağ" yayda bu legionerini göndərməyi planlaşdırır

14:47 - 11 Fevral 2026

“Qarabağ” yayda legionerlərindən biri ilə yollarını ayıra bilər.

Sportal.az saytına verilən məlumata görə, Ağdam klubu Kris Kuakunu icarəyə göndərməyi planlaşdırır.

Komandaya gəldikdən bu yana özünü göstərə bilməyən Kuakunun Premyer Liqa komandalarından birinə də icarəyə veriləcək ehtimalı var. 

26 yaşlı futbolçunun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, “Sfaksen”(Tunis), “Midtülland”(Danimarka), “Mafra”(Portuqaliya) klublarında oynayıb.
 

Xəbər xətti