I Liqada mərkəzi oyun: Premyer Liqaya iddialı komandalar üz-üzə

10:48 - 12 Fevral 2026

Bu gün I Liqada XIV turuna start veriləcək.

Sportal.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutacaq. 

Turun mərkəzi görüşü isə "Səbail" və "Şəfa" arasında baş tutacaq.

Həmin qarşılaşmaya 17:00-da başlanacaq.

I Liqa 
XIV tur

14:30. “Şahdağ Qusar” – “Cəbrayıl”
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Samir Qaracayev, Şamil İmanzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı OİK stadionu

14:30. “Baku Sportinq” – MOİK  
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Ruslan Babayev, Mahmud Bağırzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Buzovna qəsəbə stadionu

17:00. “Səbail” – “Şəfa” 
Hakimlər: Rəşad Əhmədov, Orxan İbişov, Mirnihad Seyidov, Nahid Xasıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“ASCO Arena”, 17:00

Xəbər xətti