"Səbail"in futbolçusu mükafatlandırıldı

17:37 - 12 Fevral 2026

I Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Səbail” futbol klubunun üzvü Ruslan Voronsov mükafatlandırılıb.

Sportal.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Dekabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı XIV turun “Səbail” - “Şəfa” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.


Xəbər xətti