FİFA-dan "Atletik"ə sərt qadağa - 2028-ci ilin yanvarına kimi...

01:00 - 13 Fevral 2026

“Atletik"ə növbəti üç transfer pəncərəsində yeni oyunçuları qeydiyyatdan keçirmək qadağan edilib.

Sportal.az xəbər verir ki, FİFA Bilbao klubunu “maliyyə mübahisələri və ya normativ tələblərin pozulması kimi müxtəlif pozuntular” səbəbindən sanksiya tətbiq olunan komandalar siyahısına daxil edib. Səbəblər dəqiq açıqlanmayıb.

Yeni futbolçuların qeydiyyatı qadağan olunması 2027-ci ilin sonuna qədər qüvvədə olacaq.

Buna baxmayaraq, "Marca"nın məlumatına görə, “Atletik" qadağaya sakit yanaşıb. Klub nümayəndəsinin sözlərinə görə, futbolçu hüquqları ilə bağlı fikir ayrılıqları yaranıb və bu məsələlər yaxın saatlarda həll olunacaq.

Xəbər xətti