"Cədvəl mənə maraqlı deyil, 12 oyun uzun bir müddətdir" - Qvardiola

00:48 - 21 Fevral 2026

Pep Gvardiola açıqlayıb ki, komandası Premyer Liqanın turnir cədvəli barədə düşünmür. “Şəhərlilər” lider "Arsenal"dan 5 xal geri qalır, amma 1 oyun daha az keçirib.

Sportal.az xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi öz açıqlamasında çempionluq şansları barədə danışıb:

“Bu 12 oyunda nə olacağını bilmirəm. Futbolçularla bir dəqiqə belə cədvəli müzakirə etməmişik. Dünən və ondan əvvəl yalnız "Nyukasl" barədə danışmışıq.

Cədvəl və mövqeyimiz barədə danışmamışam, bu, məni maraqlandırmır. Bu sualı mövsümün son 2–3 turu yaxınlaşanda verin, cavab verərəm. 12 oyun uzun bir müddətdir. Bu zaman ərzində çox şey baş verəcək. Mənim bildiyim yeganə həqiqət budur.

Futbolçularımızın 70%-i yeni oyunçulardır və onlar belə vəziyyətlərdə təcrübəyə malik deyillər."

Xəbər xətti