"Mənim üçün ən böyük qalmaqal odur ki..." - Arbeloadan "Neqreyra işi" üzrə sərt açıqlama

22:24 - 24 Fevral 2026

Alvaro Arbeloa “Real"ın baş məşqçisi Alvaro Arbeloa Xuan Laportanın açıqlamasına münasibət bildirib. Laporta daha əvvəl demişdi ki, “sosioloji madridizm” “Barselona”nı batırmaq istəyirdi və klubun keçmiş prezidenti Josep Maria Bartomeu bu prosesdə alət olub.

Sportal.az xəbər verir ki, Arbeloa isə konkret olaraq belə cavab verib: “Prezidentliyə namizəd Laportanın sözlərini şərh etməyəcəyəm. Mənim üçün ən böyük qalmaqal odur ki, üç il keçməsinə baxmayaraq, İspaniya futbolu tarixinin ən ciddi işi sayılan "Negreyra işi" hələ də açılmayıb.”

Xatırladaq ki, 2023-cü ildə “Barselona” və klub rəhbərliyinə keçmiş hakim funksioneri, CTA-nın sabiq vitse-prezidenti Jose Maria Enrikes Negreyraya edilən ödənişlərlə bağlı rüşvət ittihamları irəli sürülüb. Məhkəmə 2001–2018-ci illər arasında Negreyraya milyonlarla avro ödənilməsini cinayət tərkibli əməl kimi qiymətləndirib.

Beləliklə, mövzu həm hüquqi, həm də siyasi müstəvidə İspaniya futbolunun ən qalmaqallı məsələlərindən biri olaraq qalır.

Xəbər xətti