"Arsenal"ın standart vəziyyətlərə cavabdeh məşqçisi Nikolas Joverin müqaviləsinə bonuslar daxildir.
Sportal.az “The Athletic”ə istinadən xəbər verir ki, 44 yaşlı fransız mütəxəssis komandanın standart oyunlardan vurduğu hər qola görə bonus alır. Onun London klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
"Arsenal”ın baş məşqçisi Mikel Arteta Joveri 2021-ci ilin iyul ayında "Mançester Siti"dən dəvət edib. “Topçular” bu mövsüm artıq künc zərbələrindən 16 qol vurublar ki, bu da Premyer Liqanın tək mövsümü üçün klub rekordudur.
Bundan əvvəl “Oldhem” (1992/1993), "Vest Bromviç" (2016/2017) və "Arsenal"ın özü (2023/2024) oxşar nəticələr əldə etmişdi. Londona köçməzdən əvvəl isə Jover "Brentford"da çalışıb, Xorvatiya milli komandası və "Monpelye"də analitik kimi işləyib.
