"Arsenal"ın müdafiəçisi "Yuventus"a keçə bilər

15:40 - 14 Mart 2026

İcarə əsasında "Portu"da çıxış edən Yakub Kiviyor karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Yuventus" polşalı futbolçunu transfer etmək istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Turin təmsilçisi müqavilə ilə "Arsenal"a məxsus olan 26 yaşlı mərkəz müdafiəçisini yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Portu" Yakub Kiviyoru mövsümün əvvəlində icarəyə götürüb. Polşa millisinin üzvü "əjdahalar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti