"Atletiko"(Madrid) Federiko Valverdenin bir oyunluq diskvalifikasiyasına ironik reaksiya verib.
Sportal.az xəbər verir ki, "Real"ın yarımmüdafiəçisi derbidə Alex Baenaya qarşı kobud qayda pozuntusuna görə qırmızı vərəqə almış və RFEF tərəfindən 1 oyunluq cəza ilə cəzalandırılmışdı.
“Atletiko” isə oxşar epizodu xatırladıb: Oihan Sancet ("Athletik" Bilbao) “Barselona”ya qarşı matçda Fermín Lopezə qarşı eyni tip qayda pozuntusuna görə qırmızı almış, lakin 2 oyunluq diskvalifikasiya ilə cəzalandırılmışdı.
Maraqlıdır ki, hər iki epizod üzrə rəsmi protokolda eyni ifadə yer alıb: “topa oynamaq imkanı olmadan, həddindən artıq güc tətbiq etməklə rəqibin ayağına zərbə endirmək”.
Madrid klubu bu fərqi belə şərh edib:
“Azarkeşlər sakitcə istirahətə gedə bilər, forma rəngi və media səs-küyü qərarlara təsir etmir. Eyni komitə, eyni mətn, fərqli meyarlar."
saytlarin hazirlanmasi
